“Ən çox bəraət qərarı istintaqı Sabunçu Polis İdarəsində aparılan işlər üzrə çıxarılıb”backend

"Ən çox bəraət qərarı istintaqı Sabunçu Polis İdarəsində aparılan işlər üzrə çıxarılıb"

Bakı və regionlar üzrə cinayət işləri ilə bağlı ən çox bəraət qərarı istintaqı Sabunçu Rayon Polis İdarəsi tərəfindən aparılan işlər üzrə çıxarılıb.

KONKRET.az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, məhkəmə nəzarəti qaydasında ləğv edilən cinayət işi üzrə icraata xitam verilməsi və icraatın dayandırılması haqda qərarların çıxarılmasına görə birinci yerdə Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsi gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*