“Ötən il ərzində xarici diplomların tanınması ilə bağlı 7021 müraciət daxil olub”.
KONKRET.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.
Onun sözlərinə görə, 7021 müraciət üzrə ekspertiza həyata keçirilib: “5868 müraciət üzrə müsbət, 1153-ü üzrə isə mənfi rəy verilib. Müraciətlərə ortalama baxılma müddəti 12 iş günü olub”.
***
Tural Əhmədov qeyd edib ki, ən çox tanınma ilə bağlı imtina olunan ali məktəblər Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan universitetləridir.
Onun sözlərinə görə, imtina daha az reytinqli universitetlərlə bağlıdır: “Hazırda Türkiyədə 37 min tələbəmiz təhsil alır. Yəqin ki, tanıma ilə bağlı növbəti dövrdə onlar daha çox müraciət edəcəklər. Ona görə də deyə bilərik ki, bu, mövsümi xarakter daşıyır.
Tələbələrə bildirim ki, onlar universitetlərə müraciət edərkən onun reytinqini nəzərə almalıdırlar”.Qafqazinfo