Ən çox satılan avtomobillərin reytinqi – “Toyota Corolla” liderliyini itirdibackend

Ən çox satılan avtomobillərin reytinqi - "Toyota Corolla" liderliyini itirdi

“Toyota Corolla” ilk dəfə olaraq dünyada ən çox satılan avtomobillər reytinqində liderliyini itirib.

KONKRET.az xəbər verir ki, bu barədə martın 25-də “Avtostat” analitik agentliyi focus2move layihəsinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, 2023-cü ilin sonunda qlobal bazarda liderliyi Tesla Model Y elektrik avtomobilinə nəsib olub. Bu avtomobilin satışı 1,15 milyon ədəd təşkil edib və 50,8% artıb. Toyota Corolla 1,13 milyon avtomobil satıb (-1,1%) və ikinci yerə düşüb.

Üçüncü yeri Toyota RAV4 krossoveri (934,9 min ədəd; +5,9%) tutub. Dördüncü yerdə Ford F-Series pikap (901,6 min ədəd; +13,4%), ikinci yerdə Honda CR-V (718,4 min ədəd; +18%) qərarlaşıb.

Ötən ilin sonunda qlobal satış reytinqində ilk onluğu “Chevrolet Silverado”, “Toyota Camry”, “Hyundai Tucson”, “Toyota Hilux” və “Ram pick-up” tamamlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*