Ən ucuz kupe-krossover dünya bazarına ÇIXIRbackend

Ən ucuz kupe-krossover dünya bazarına ÇIXIR

Qlobal modelə çevrilən ilk kupe-krossover “Suzuki Fronx” dünya bazarına çıxır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yapon avtomobil istehsalçısının rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, avtomobil Hindistanda buraxılır. Bu yaxınlara qədər model yalnız orada satılıb, hazırda isə Yaxın Şərq və Cənubi Afrikada satışa çıxarılıb. Növbəti sırada isə Avrasiya, Afrika və Latın Amerikasının digər ölkələri gəlir.

“Suzuki Fronx” 2023-ün Hindistanda qiyməti 9000 dollar, Cənubi Afrika və Qətərdə isə 15000 dollardır. Belə ki, bu, dünyanın ən ucuz kupe-krossoveridir.

“Suzuki Fronx” 1,2 litrlik 92 at gücündə benzin və 1,0 litrlik 100 at gücündə turbo mühərriki ilə təqdim edilir. Avtomobil 5 pilləli mexaniki və ya 6 pilləli avtomatik transmissiya ilə mövcuddur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*