Enerji içkiləri  ilə bağlı ŞOK XƏBƏRDARLIQ: Bu dəhşətli xəstəlikləri yaradırbackend

Enerji içkiləri ilə bağlı ŞOK XƏBƏRDARLIQ: Bu dəhşətli xəstəlikləri yaradır 

“Enerji içkiləri yorğunluğu aradan qaldırsa da, bir sıra ciddi xəstəliklərə yol açır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri yerli mediaya açıqlamasında türkiyəli mütəxəssis Dərya Özkan deyib.

Onun sözlərinə görə, enerji içkilərinin həddindən artıq istifadəsi sinir sistemində psixiatrik xəstəliklərə gətirib çıxara bilər:

“Çox yüksək dozada kofein əsəb, narahatlıq, yuxusuzluq, ürək bulanması, ürək döyüntüsü və bir sıra sindromlarla nəticələnir.

Bu, əsasən epilepsiya xəstələrində, dəhşətli fəsadlara yol açır”.

Mütəxəssis həmçinin qeyd edib ki, enerji içkiləri şizofreniya kimi xəstəliklərə də səbəb ola bilər:

“Bu içkilərin şizofreniya simptomlarını ağırlaşdırmasını sübut edən nəşrlər var. Həmçinin, bipolyar pozğunluğu olan xəstələrdə şikayətlərin artması sübut olunub. Hətta sözügedən xəstələrdə intihar riskini artıra biləcəyinə dair dəlillər mövcuddur. Bu səbəbdən enerji içkilərindən hədindən artıq istifadəyə yol verməmək lazımdır”.

Aysu İbrahimova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*