Epidemiologiya Mərkəzi Ceyranbatan su anbarında araşdırmaya başladı – “Hepatit A” buradan yayılır? – VİDEObackend

Epidemiologiya Mərkəzi Ceyranbatan su anbarında araşdırmaya başladı - "Hepatit A" buradan yayılır? - VİDEO

Bakı ərazisində “sarılıq” xəstəliyi kimi tanınan Hepatit A virusunun yayılması ilə bağlı xəbərlər bütün diqqətləri Ceyranbatan su anbarına yönəldib.

KONKRET.az xəbər verir ki, virusun su anbarından yayıldığı iddia olunur.

AzTV-nin əməkdaşları məsələni yerində araşdırmaq üçün Abşeron yarımadasını su ilə təmin Ceyranbatan su anbarında olub.

Qeyd edilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə “Azərsu” ASC-nin sözügedən su anbarından səyyar laboratoriya vasitəsilə su nümunələri analiz edilib. Hər iki qurumun analizlərinin nəticəsi müqayisə edilib.

Reportajda içməli suyun təmizlənməsi prosesi, 15 parametr üzrə kimyəvi analiz və 2 parametr üzrə mikrobioloji analiz barədə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*