Əraqçi: “Etirazçılarla razılığa gəldik”backend

Əraqçi: "Etirazçılarla razılığa gəldik"

İrandakı ümumxalq etirazlarının yatırılmasından sonra vəziyyət tam nəzarət altına alınıb.

KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O bildirib ki, dekabrın 28-dən 30-na qədər etirazlar tamamilə dinc olub və aksiyaçıların əksəriyyəti ticarətçilər olub.

“Bu müddət ərzində etirazlarçılar dinc yolla öz haqlı tələblərini bəyan edirdilər. İlk mərhələdə, bu üç gündə etirazçılarla hökumət arasında dialoq baş tutdu və etirazlar demək olar, sona çatmaq nöqtəsində idi”, – Əraqçi bildirib.

Nazir etirazların güclənməsində üçüncü tərəflərin roluna eyham vurub. (globalinfo.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*