Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 185 general və admirala yeni vəzifə verib.
KONKRET.az xəbər verir ki, prezidentin bununla bağlı sərəncamı “Resmi Gazete”də yayımlanıb.
Sərəncama əsasən, Quru Qoşunları Komandanlığında 119, Hərbi Dəniz Qüvvələri Komandanlığında 35, Hərbi Hava Qüvvələri Komandanlığında isə 31 general və admiralın vəzifələri dəyişib.
Türkiyə Prezidentinin sərəncamı ilə ordu generalı Bəxtiyar Ersay Birinci Ordu Korpusuna komandir təyin olunub.
Qeyd edək ki, Bəxtiyar Ersay həm də Azərbaycan müdafiə nazirinin müşaviridir. Avqustun 5-də rütbəsi artırılan B. Ersay ordu generalı olub.