Ərdoğan 3 ölkənin liderləri ilə görüşə hazırlaşır – TARİX BƏLLİDİbackend

Ərdoğan 3 ölkənin liderləri ilə görüşə hazırlaşır - TARİX BƏLLİDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabr ayında Londonda Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək.

KONKRET.AZ “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Jurnalistlər qarşısında açıqlama verən İbrahim Kalın qeyd edib ki, sözügedən görüş dekabrın 3-4-ü tarixlərində Londonda baş tutacaq NATO sammiti çərçivəsində reallaşacaq.

O vurğulayıb ki, Ərdoğan sammitdə “NATO-nun missiyası, 21-ci əsrdəki mövqeyi, növbəti fəaliyyətləri” mövzusunda çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*