Ərdoğan ABŞ-ı Qəzzadakı müharibə cinayətinə müdaxilə etməyə çağırdıbackend

Ərdoğan ABŞ-ı Qəzzadakı müharibə cinayətinə müdaxilə etməyə çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə söhbətində Vaşinqtonu Qəzza zolağındakı vəziyyətə müdaxilə etməyə çağırdığını bildirib:

“Biz Qəzza zolağı mövzusunu müzakirə etdik. Qəzzada baş verən hadisələr nəticəsində 18 min insan – uşaqlar, qadınlar və qocalar həlak olub. Məktəblər, məscidlər və kilsələr dağıdılıb. ABŞ-ın müdaxiləsini vacib saydıq. Onların müdaxilə etməməsi insanlığa qarşı cinayətdir. Biz də boş oturmayacağıq, əlimizdən gələni etməyə davam edəcəyik”, – deyə Ərdoğan jurnalistlərə bildirib.

BMT Baş Assambleyasında qətnamə ilə bağlı səsvermə və onu dəstəkləyən ölkələrin sayının artmasından danışan Ərdoğan vəziyyətin dəyişdiyini qeyd edib.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*