Ərdoğan Avropaya xəbərdarlıq etdibackend

Ərdoğan Avropaya xəbərdarlıq etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, o, bu haqda səfirlərlə iftar proqramında danışıb.

Ərdoğan Avropaya üzvlük məsələsinin strateji prioritet olduğunu vurğulayıb:

“Avropanın təhlükəsizliyi Türkiyəsiz ağlasığmazdır. Avropanın ayrılmaz hissəsi kimi biz Avropa İttifaqına üzvlük prosesimizi strateji prioritetimiz kimi görürük.

Ölkəmizin və bölgəmizin gələcəyində terrora yer olmadığını hər kəsə başa düşməyi və planlarını buna uyğun qurmağı tövsiyə edirik.

Türkiyənin daxil olmadığı bir Avropanın qlobal bir aktyor olaraq varlığını davam etdirməsi getdikcə qeyri-mümkün hala gəlir.

BMT Təhlükəsizlik Şurasında veto hüququna malik bir İslam ölkəsinin olması indi ehtiyacdan çox zərurətdir”.//“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*