Ərdoğan Bakıda Məhəmməd Əmin Rəsulzadədən sitat gətirdi – VİDEObackend

Ərdoğan Bakıda Məhəmməd Əmin Rəsulzadədən sitat gətirdi - VİDEO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxıb edib.

KONKRET.AZ xəbər verir ki, Ərdoğan Bakıda çıxışı zamanı bir çox məsələyə diqqət çəkib.

Terrorizmlə mübarizə, türkdilli dövlətlərlə iqtisadi-siyasi əlaqələrdən söz açan Türkiyə prezidenti “Barış bulağı” əməliyyatından da danışıb.

Türkiyə dövlət başçısı Türkiyənin 40 ildir terrorla mübarizə apardığını bildirib. Türkiyə haqqında yalan və iftiraların olduğunu söyləyən Ərdoğan terror bataqlığının qurudulmalı olduğunu vurğulayıb:

“Başladığımız işi mütləq bitirməliyik. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi: Bir kərə yüksələn bayraq bir daha enməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*