Ərdoğan Əhməd Əş-Şaraa ilə Suriyadakı vəziyyəti müzakirə etdibackend

Ərdoğan Əhməd Əş-Şaraa ilə Suriyadakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya Prezidenti Əhməd Əş-Şaraa ilə telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, liderlər İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə ediblər.

Məlumata görə, Prezident Ərdoğan danışıq zamanı İsrailin Suriyaya qarşı hücumlarının qəbuledilməz olduğunu, bu hadisənin bütün region üçün təhlükə yaratdığını, Türkiyənin indiyə qədər olduğu kimi bundan sonra da Suriya xalqına dəstək verməyə davam edəcəyini bildirib.

O, Suriyada druzlarla əldə edilən atəşkəsin Türkiyə tərəfindən məmnuniyyətlə qarşılandığını qeyd edib.

Əhməd əş-Şaraa Suriyada siyasi birliyin qorunması, ərazi bütövlüyünün təmini və suverenliyin mühafizə edilməsinə dəstəkləri üçün Prezident Ərdoğana təşəkkürlərini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*