Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qars–İğdır–Aralıq–Diluçu dəmir yolu xəttinin təməlqoyma mərasimi münasibətilə müraciət ünvanlayıb.
KONKRET.az xəbər verir ki, dövlət başçısı bildirib ki, bu xəttin istifadəyə verilməsi Şərqi və Cənub-Şərqi Anadoluda istehsal və ixracı artıracaq, nəqliyyat infrastrukturunu yaxşılaşdıracaq və Aralıq dənizi bölgəsinin turizm potensialını gücləndirəcək.
“Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi regional ticarətə olduqca müsbət təsir göstərəcək. Bu dəmir yolu xətti həm ölkəmiz, həm də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır,” – deyə Ərdoğan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az