Ərdoğan Əsədin 8 raket kompleksini məhv etdibackend

Ərdoğan Əsədin 8 raket kompleksini məhv etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyanın İdlib əyalətindəki səkkiz “Panzir” zenit-raket qurğusunu sıradan çıxardığını deyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Sabah” qəzeti yayıb.

“İdlibdəki səkkiz “Panzir” raketini dronlarımızın köməyi ilə məhv etdik. Onların qiyməti çox yüksəkdir, bunlar vacib hava hücumundan müdafiə sistemləridir” deyib.

Martın 5-də Türkiyə Prezidenti Ərdoğan Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşlər keçirib.  Nəticədə ortaq sənəd razılaşdırılıb. Sənəddə martın 6-dan etibarən hərbi əməliyyatların dayandırılması, Suriyadakı M4 magistral yolunun şimalında və cənubunda altı kilometr genişlikdə təhlükəsizlik dəhlizinin yaradılması yer alıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*