Ərdoğan Heydər Əliyevi soruşdu, uşaqlar belə cavab verdi – VİDEObackend

Ərdoğan Heydər Əliyevi soruşdu, uşaqlar belə cavab verdi – VİDEO

Prezident İlham Əliyev iyunun 19-u Türkiyənin Kahramanmaraş vilayətində “Azərbaycan” məhəlləsinin açılışında iştirak edib.

KONKRET.az xəbər verir ki, açılışdan sonra Prezidentlər Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Uşaqlar Azərbaycan və Türkiyənin dövlət başçılarını böyük sevinclə qarşılayıblar.

Sonra prezidentlər məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısını dinləyiblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan məktəbin 4-cü sinfini bitirən şagirdlərə qiymət cədvəllərini təqdim ediblər. Dövlət başçıları tərəfindən şagirdlərə, həmçinin məktəbli çantaları hədiyyə olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sinfə daxil olarkən məktəbin kimin adına olduğunu soruşub, uşaqlar Heydər Əliyev cavabını veriblər. Daha sonra Türkiyə lideri Heydər Əliyevin kim olduğunu soruşub, bu zaman məktəblilər onun Azərbaycan Prezidenti İlham Əliyevin atası olduğunu söyləyiblər. Həmin anlar maraqla qarşılanıb.

Həmin anları təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*