Ərdoğan İranın yeni seçilmiş prezidentinə zəng etdibackend

Ərdoğan İranın yeni seçilmiş prezidentinə zəng etdi

Prezident Rəcəb Tayyib Ərdoğan İranın yeni prezidenti Məsud Pezeşkiyanla telefon danışığı aparıb. Kritik təmas zamanı iki ölkə arasında münasibətlərin yaxşılaşması mesajı verilib.

KONKRET.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə ilə İran arasındakı əlaqələrin köklü tarixini vurğulayıb, yeni dövrdə əlaqələrin hər sahədə inkişaf etməyə davam edəcəyinə inandığını bildirib.

Ərdoğan iranlı həmkarını seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*