Ərdoğan Makronla telefon danışığı aparıbbackend

Ərdoğan Makronla telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, danışıq zamanı Qəzzadakı son vəziyyət və bölgədəki inkişaflar müzakirə olunub.

Prezident Ərdoğan söhbət zamanı Fransa prezidentini Fələstini dövlət olaraq tanımaq qərarına görə təbrik edib.

Ərdoğan Qəzzadakı humanitar vəziyyətin daha da ağırlaşdığını vurğulayaraq, bu məsələnin təcili həlli üçün beynəlxalq ictimaiyyətin hərəkətə keçməsinin vacibliyini ifadə edib.

Prezident bildirib ki, İsrail və Fələstin arasındakı münaqişəyə son qoyulmalı və bölgədə davamlı sülhün təmin olunması üçün iki dövlətli həll yolu əsas şərtdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*