Ərdoğan-Paşinyan görüşünün PƏRDƏARXASI: Çində nələr baş verib? backend

Ərdoğan-Paşinyan görüşünün PƏRDƏARXASI: Çində nələr baş verib? 

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Maraqlıdır, bu görüşün nəticəsi olaraq yaxın gələcəkdə rəsmi diplomatik əlaqələrin normallaşması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Cənubi Qafqazda yeni siyasi proseslər formalaşır:

Əziz Əlibəyli: "Bizim sorğular önəmli rol oynayır"

“Hazırda siyasi proseslərin dinamikası göstərir ki, region yeni dialoqlara doğru gedir. Ermənistan İran və Rusiya tərəfindən sıxışdırılır, həmçinin Zəngəzur dəhlizi ilə bağlı imzalanan müqavilənin çətinliyini yaşayır. Qarşıda isə seçkilər var və bu, Ermənistanı daha da çətin vəziyyətə salır. Rəsmi İrəvanın bölgədə söykənə biləcəyi güclərə ehtiyacı var. Məlum olduğu kimi, bu güc Türkiyədir.Proses məhz buna görə baş verir”.

Şərhçinin fikrincə, görüş gələcəkdə Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin normallaşması istiqamətində yeni mərhələnin başlanğıcı ola bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*