Çində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş üçün Kreml rəhbərinin Tiencində qaldığı otelə gedib.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “RİA” Novosti məlumat yayıb.
Putinin Hindistanın baş naziri ilə görüşündən sonra Türkiyə prezidenti ilə danışıqlar aparması üçün hazırlıqlara başlanılıb. Ərdoğandanla birlikdə Türkiyənin müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və digər bir sıra Ankara rəsmiləri də görüşə qatılıblar.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər nümayəndələrlə birlikdə otelə daxil olub.
Türkiyə nümayəndə heyətinin iqamətgahda Rusiya nümayəndələri tərəfindən səmimi qarşılanması diqqət çəkib.