Ərdoğan Qırğızıstan prezidenti ilə görüşdübackend

Ərdoğan Qırğızıstan prezidenti ilə görüşdü

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyəyə rəsmi səfərə gəlib.

KONKRET.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, o, Ankaradakı Prezident İqamətgahında Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Tərəflər arasında əvvəlcə ikili, sonra isə geniş tərkibdə görüş keçirilib. Rəsmi sənədlərin imzalanması mərasimindən sonra hər iki ölkə başçısının ortaq mətbuat konfransı təşkil olunub.

R.T.Ərdoğan qırğız həmkarı ilə terrorizmə qarşı mübarizə, iqtisadi əməkdaşlıq kimi məsələləri müzakirə etdiklərini bildirib. O, qeyd edib ki, tərəflər arasında ticarət dövriyyəsinin hazırki 507 milyon dollar həcmindən 1 milyard dollar səviyyəsinə çatdırılması hədəflənib.

S.Japarov da Türkiyənin beynəlxalq aləmdə nüfuzunun artmasının məmnuniyyət hissilə qarşıladıqlarını vurğulayıb. O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin genişlənməsi perspektivlərini yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*