Ərdoğan yenidən AK Partiyanın sədri SEÇİLDİbackend

Ərdoğan yenidən AK Partiyanın sədri SEÇİLDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AK partiya) sədri seçilib.

KONKRET.az  xəbər verir ki, Ankara İdman Salonunda keçirilən qurultayda 1607 nümayəndədən 1547-si səs verib və o, yenidən partiya sədrliyi vəzifəsinə təsdiqlənib.

Türkiyə lideri qurultayda çıxış edərək, AK Partiyanın yeni dövr üçün birliyini və enerjisini yenilədiyini vurğulayıb.

O, partiya strukturlarında aparılan dəyişikliklərə toxunub, yeni seçilən Mərkəzi İdarəetmə və Nəzarət orqanlarına uğurlar arzulayıb.

Prezident çıxışında AK Partiyanın Türkiyə siyasətində əhəmiyyətli rol oynamağa davam edəcəyini və xalqın etimadını doğrultmaq üçün səylə çalışacaqlarını bildirib. “Bizə dayanmaq, tərəddüd etmək, geri çəkilmək yaraşmaz. Bu müqəddəs yolda yorulmaq və durğunluq olmaz”, – deyə vurğulayıb.

O, AK Partiyaya dəstək verən bütün partiya üzvlərinə və vətəndaşlara minnətdarlığını bildirib və ölkənin inkişafı naminə birlik və həmrəyliyin vacibliyini qeyd edib. Qurultay çərçivəsində AK Partiyanın 75 nəfərdən ibarət yeni Mərkəzi İdarəetmə və Nəzarət Şurası da müəyyən edilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*