Ərdoğan zəlzələ qorxusunu gizlətmədi: “Çətin olacaq, tələsmək lazımdır…”backend

Ərdoğan zəlzələ qorxusunu gizlətmədi: “Çətin olacaq, tələsmək lazımdır…”

“İstanbuldakı təkanların nəticələrini aradan qaldırmaq daha çətin olacaq. Zəlzələnin təhlükəsini ciddiyə almayan hər kəs türk xalqının düşmənidir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında zəlzələlərin baş verdiyi zonada zərərçəkənlərə mənzillərin paylanması mərasimində deyib.

O, əhalini evlərin seysmik müqavimət amilinə xüsusi diqqət yetirməyə çağırıb:

“Ötən ilin fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıdılmış evlərin 90 faizindən çoxu 1990-cı ilə qədər inşa edilib. Təəssüf ki, zəlzələlər bütün tədbirləri görməyimizə və təkanlara hazır olmağımıza qədər gözləmir. Ona görə də, xüsusilə İstanbuldakı vəziyyətlə bağlı tələsmək vacibdir. Türkiyənin bu meqapolisindəki zəlzələnin fəsadları daha böyük ola bilər”.

Qeyd edək ki, Türkiyədə 2024-cü ilin sonunadək 200 min yaşayış obyekti istifadəyə veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*