Ərdoğandan erməniləri qıcıqlandıran daha bir açıqlamabackend

Ərdoğandan erməniləri qıcıqlandıran daha bir açıqlama

KONKRET.az Rusarminfo.ru-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Merilend ştatında Amerika Dini Mərkəzində çıxışı zamanı ermənilərlə bağlı erməniləri qıcıqlandıran açıqlamalar verib.

Prezident ermənilərin keçmişdəki həyat tərzini köçərilərlə müqayisə edib və Ermənistanı “gənc dövlət” adlandırıb.

“Ermənistan dünənki dövlətdir. Əvvəllər onlar köçəri kimi yaşayıblar və müxtəlif ölkələrə səpələniblər. Türkiyədə də tez-tez yaşayış yerlərini dəyişdirirdilər. Sonra məcburi köçürülmə ilə bağlı qərar verildi”, – deyə Türkiyənin dövlət başçısı vurğulayıb.

Türkiyə Prezidenti eyni zamanda onun ölkəsində 100 min erməninin yaşadığını bildirib. Onun sözlərinə görə, onların 60 min nəfəri Türkiyə vətəndaşı, qalanları isə qanunsuz miqrantlardır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*