Ərdoğandan sərt açıqlama:  İdlib üzərində bütün təyyarələr vurulacaqbackend

Ərdoğandan sərt açıqlama:  İdlib üzərində bütün təyyarələr vurulacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib əyaləti üzərində uçan bütün hərbi təyyarələri vuracağı ilə hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Daily Sabah” nəşri yayıb.

Onun sözlərinə görə, Ankara bu ərazidə hərbçilər üçün birbaşa təhlükə yaradan hədəflərə zərbə vuracaq.

“İdlibdə dinc sakinləri bombalayan təyyarələr artıq istədikləri kimi uçmayacaq”, — deyə dövlət başçısı qeyd edib.

Ərdoğan əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Soçidə İdliblə bağlı əldə edilmiş razılaşmalar artıq işləmir, çünki Suriya prezidenti Bəşər Əsəd və başqaları onu kobud şəkildə pozublar.

Bundan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Qüvvələrinə yeni hücumlar olacağı təqdirdə, Ankara Suriya ordusuna mümkün olan hər yerdə tammiqyaslı zərbələr endirməyə başlayacaq

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*