Artıq dünya yeni mərhələyə qədəm qoyur. Münaqişələr üzərində manipulyasiyalar başlayıb. Dünyanın bölünməsi istiqamətində proseslər fərqli məcarada davam edir. Ukrayna dalana dirənib. Daha doğurusu ABŞ oyun qaydalarını pozaraq Ukraynanı tək qoyur. Tramp Zelenskini hədələyir, Ukrayna prezidenti heç kimdən qorxmadığını bəyan edir. Bir sözlə, dünya qarışıb. İndi Zelenski Türkiyəyə pənah gətirib və bununla Trampa mesaj göndərir. Əslində dünya nizamında yaranan maraqlı situasiya yaxşı heç nə vəd etmir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi İlyas Hüseynov tərəflərin planları haqda proqnozlar səsləndirib:
“Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüşün nəticəsi hazırda müzakirə olunur. Bir sıra məsələlər masaya yatırılıb. Rusiya tərəfinin açıqlamalarında görünür ki, müzakirə olunan mövzular Moskva və Vaşinqton arasında əlaqələrin bərpası, diplomatik münasibətlərin təsis edilməsi və bəzi başqa mövzuları əhatə edir. O cümlədən, Ukrayna ilə müharibənin dayandırılması, atəşkəsin elan olunması və mərhələli şəkildə bütün prosesin yekunu haqqında fikir mübadiləsi aparıldı və bəzi Qərb mətbuatının bildirdiyinə görə, üçmərhələli plandan söhbət gedir. Bütün bu proseslərin getdiyi bir vaxtda Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə üz tutudu və Ərdoğanla görüşdü. Ərdoğanın Zelenskini qrşılayarkən başnın üzərinə tutuduğu çətir bir çox mətləblərdən xəbər verir. Bu təhlükəsizlik çətiri, qarantiyalar, və digər beynəlxalq məsələlərlə bağlı mesaj idi. Artıq dünyadakı analitiklər söyləyirlər ki, Ukraynanın təhlükəsizliyinə artıq Ankara cavab verir. Lakin nəzərdən qaçırtmayaq ki, bir müddət öncə Böyük Britaniya ilə Ukrayna arasında 100 illik təhlükəsizlik xartiyası imzalanıb. Bu da ciddi sənəddir. Məhz elə bu xüsusda Fransa prezidenti Makronun təşəbbüsü ilə Aİ liderlərinin görüşündə həm də Böyük Britaniyanın baş naziri iştirak edirdi. Bu da xüsusi vurğulanmalı məsələdir.
Politoloqun sözlərinə görə, Ərdoğanın Aİ və ABŞ-la fikir ayrılığı var:
“Türkiyənin siyasi strateqləri anlayrlar ki, Aİ-nin Ukrayna məsələsində nizamlanma üzrə danışıqlar masasında iştirak etməməsi, gələcəkdə NATO-da da böyük problemlər yarada bilər. Türkiyə NATO-da ikinci böyük orduya malikdir və mühüm söz sahibidir. Yaxın Şərqdə, digər coğrafiyalarda təhlükəsizliyə zəmanət verən dövlətdir. Suriyadakı proseslər də hər kəsin gözü qarşısındadır. Lakin elə Suriya da daxil olmaqla, digər bölgələrdə Ankara ilə Vaşinqtonun mövqeləri üst-üstə düşmür. Baxmayaraq ki, NATO-da eyni cəbhədə yer alırlar. Bu baxımdan hesab edirəm ki, Ərdoğanın bu gedişləri kifayət qədər mühüm əhəmiyyətə malikdir və gələcəkdə Türkiyə ərazisində də danışıqlar keçirilə bilər. Onsuz da bu danııqlar çox effektiv idi, amma İstanbul prosesinin davam etdirilməsinə kollektiv Qərb imkan vermədi. Ukraynaya aramsız silah daşımaları bu prosesi sonlandırdı. Lakin “İstanbul-2” prosesi baş tuta bilər. Yeni reallıqlarda bu, kifayət qədər ciddi məqamdır”.
Vəli Həsənoğlu,
KONKRET.az