Ərdoğanın baş müşaviri xəstəlikdən vəfat etdibackend

Ərdoğanın baş müşaviri xəstəlikdən vəfat etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri, Prezident yanında İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut 53 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Son həftələrdə Bulutun vəziyyətinin xeyli pisləşdiyi məlum olub. O, İstanbulda özəl klinikalardan birində xərçəng xəstəliyindən uzun müddət müalicə alırdı. İyulun 5-də prezident Ərdoğan səhiyyə naziri Kamal Memişoğlu ilə birlikdə müşaviri xəstəxanada şəxsən ziyarət edib.

Yiğit Bulut 1971-ci ildə anadan olub. Karyerasına jurnalistika ilə başlayıb, Habertürk TV və Kanal 24-ün baş redaktoru olub. 2013-cü ildə baş nazirin müşaviri, 2014-cü ildən isə prezidentin iqtisadi məsələlər üzrə baş müşaviri vəzifəsində çalışıb.

Bulut Ərdoğanın ən yaxın və nüfuzlu müşavirlərindən biri hesab olunurdu, ölkənin iqtisadi strategiyalarının hazırlanmasında fəal iştirak edib və dövlət başçısının siyasətini ictimaiyyət qarşısında dəstəkləyib.

Vida mərasimi və dəfn yeri ilə bağlı məlumatın daha sonra açıqlanması gözlənilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*