Bəxtiyar Vahabzadə təkcə bir şair deyildi. O, həm böyük mütəfəkkir, universitet professoru və eyni zamanda prinsipial siyasət xadimi idi.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Trend-ə açıqlamasında deyib.
Y.Topçunun sözlərinə görə, Bakı Dövlət Universitetində türk ədəbiyyatını tədris edən B.Vahabzadə minlərlə qazax, qırğız, özbək, türkmən gənclərinə türk ədəbiyyatını, türk mədəniyyətini və türk dilini sevdirib:
“O, türkdilli dövlətləri bir-birindən ayrı salacağı üçün türk dillərinə xarici sözlərinə daxil edilməsinə həmişə qarşı çıxıb. Hər zaman türk birliyini müdafə edən şair Türkiyəni ikinci vətən hesab edir, türk xalqını “Bir ananın iki oğlu” adlandırırdı”.
Qeyd edək ki, Bəxtiyar Vahabzadə fevralın 13-ü 2009-cu ildə vəfat edib.