Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Əsra Ərdoğanın X sosial şəbəkəsində paylaşdığı foto diqqət çəkib.
KONKRET.az xəbər verir ki, o, tarixi Hələb qalasından Türkiyə bayrağının asılmasını əks etdirən görüntünü paylaşaraq buranın bir vaxtlar Osmanlı İmperiyasının ərazisi olduğunu xatırladıb.
Sözügedən paylaşım böyük dəstək görməklə yanaşı, tənqid obyekti də olub. Belə ki, erməni politoloq Ayk Saakyan həmin paylaşımı isterika ilə qarşılayıb. O, türklərin guya həmişə imperialist maraqları olduğunu deyib və “İrəvana hücum”, “Ermənistanın işğalı” kimi absurd iddialar irəli sürüb.
Saakyan Türkiyə ilə münasibətlərin normallaşacağını düşünən erməniləri sadəlövh adlandırıb və revanşist mesajlar verib.
Qeyd edək ki, dekabrın 1-i Suriyanın ikinci böyük şəhəri Hələb müxalif silahlıların nəzarətinə keçib. Tarixi Hələb qalası Türkiyəyönlü qüvvələr tərəfindən geri qaytarılıb və qalaya Türkiyə bayrağı sancılıb. /globalinfo.az/