backend

Ərdoğanın siyasi oyununda Tramp və Putin kartı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri ilə bağlı ortada fərqli rəylər var. Ümumi mənzərə isə belədir ki, cənab Ərdoğan Ağ Evdə istəyinə nail oldu.

Fransanın “L’Opinion” və İsrailin “The Haaretz” qəzetlərində bu məsələ ilə bağlı gedən rəyləri nəzərdən keçirək.

KONKRET.AZ bildirir ki, Fransız qəzeti yazır ki, Donald Tramp cənab Ərdoğanı Ağ Evdə son dərəcə yüksək səviyyədə qarşıladı və cənab Ərdoğana işarə edərək “biz köhnə dostlarıq”, dedi. Baxmayaraq ki, iki ölkə arasında ciddi fikir ayrılığı var, xüsusən, Suriya məsələsində bu ölkələr bir-birinə tamamilə zidd mövqelər sərgiləyirlər.

Türkiyə prezidentinin mövqeyi isə belədir: “ Nəyi ki, biz amerikalılarla birlikdə edə bilmədik, o işləri ruslarla görürük”.

Hazırda Türkiyə və Rusiya hərbçiləri Suriyada-rəsmi Ankaranın “təhlükəsizlik zonası” adlandırdığı bir sıra ərazilərdə birgə patrul xidməti həyata keçirirlər. Türklər açıq şəkildə deyirlər ki, ruslar hadisələrin gedişinə amerikalılardan daha ciddi yanaşırlar. Türkiyə Ağ Evdəki ikiqat qələbəsinə görə məmnundur. Türkiyə oktyabrın 17-də ABŞ-la “birgə bəyannamə”yə, oktyabrın 22-də isə Rusiya ilə “Anlaşma Memorandumu”na imza atıb.

Tayyip Erdogan et Donald Trump.

Fransız nəşri bildirir ki, Tayyib Ərdoğanın siyasi oyunlarında iki əsas kart var: O, Donald Tramp və Vladimir Putin kartından məharətlə istifadə edir.

İsrailin “The Haaretz” qəzeti isə belə bir başlıqdan istifadə edib: “Trump’s Total Capitulation to Turkey’s Erdogan” (Türkiyənin Ərdoğanı qarşısında Trampın total şəkildə təslim olması). Şübhəsiz ki, məqalənin adı Tramp-Ərdoğan görüşünün İsraildə yaratdığı narazılığı özündə parlaq şəkildə əks etdirir.

Qəzet yazır ki, cənab Ərdoğan bir daha sübut etdi ki, o, son dərəcə hiyləgər siyasətçidir.

Respublikaçı və Demokrat Konqresmenlər Tayyib Ərdoğanın Ağ Evə dəvətinin ləğv olunması üçün prezident Trampa rəsmi müraciət göndərmişdi. Konqresmen Eliot Engelin ortaya qoyduğu həmin müraciətə məhəl qoyulmadı. (musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*