Ərdoğanın yenidən prezident seçilməsi xəbərindən sonra lirə UCUZLAŞDIbackend

Ərdoğanın yenidən prezident seçilməsi xəbərindən sonra lirə UCUZLAŞDI

Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci turda müxalif namizəd Kamal Kılıçdaroğlunu 4% fərqlə məğlub etməsi xəbərindən sonra bu səhər türk lirəsi kəskin ucuzlaşıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu gün səhər lirə dollar qarşısında 0,45% ucuzlaşaraq 19,96-dan 20,06 lirəyə düşüb və ötən həftə qeydə alınan 20,1 rekord minimuma yaxınlaşıb.

“Ərdoğanın hakimiyyətdə qalması nəticəsində lirəyə kifayət qədər pessimist baxışımız var”, –  “Wells Fargo”nun iqtisadçısı Brendan Mckenna CNBC-yə deyib.

Onun sözlərinə görə, ikinci rübün sonuna qədər lirə dollar qarşısında 23-ə, gələn il isə 25-ə kimi ucuzlaşa bilər.

Qeyd edək ki, lirə üçün eyni dərəcədə bədbin proqnozu “Morgan Stanley” analitikləri tərəfindən də verilir.

Onlar hesab edirlər ki, iqtisadi siyasətdə dəyişiklik olmasa, ilin sonuna kimi 1 dollar 28 lirə olacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*