Ərəb Dövlətləri Liqasının görüşü təxirə salınıbbackend

Ərəb Dövlətləri Liqasının görüşü təxirə salınıb

Ərəb Dövlətləri Liqası (LAS) Suriyadakı vəziyyəti müzakirə etmək üçün bazar gününə planlaşdırılan ərəb ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasını təxirə salıb.

KONKRET.az xəbər verir ki,  Ərəb Liqası açıqlamasında Suriya və Fələstindəki vəziyyəti müzakirə etməli olduğu fövqəladə iclasın qeyri-müəyyən bir tarixə təxirə salındığını bildirib. Misirin rəsmi MENA xəbər agentliyi də bazar günü Ərəb Liqasının qərargahındakı  görüşün təxirə salındığını təsdiqləyib. Görüş Suriya və Fələstinin birgə xahişi ilə Suriyadakı mövcud vəziyyəti, həmçinin İsrailin Qəzza zolağına və Fələstin ərazilərinə davam edən hücumlarını müzakirə etmək üçün planlaşdırılırdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*