Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları ovlayırlar?backend

Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar?

Xarici turistlərin Biləsuvar-Sabirabad rayonları ərazisində “Qırmızı Kitab”a düşmüş bəzgək quşlarını ovladıqları iddia olunur.

KONKRET.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edilir ki, Biləsuvar və Sabirabad ərazisində ova gəlmiş ərəblər bəzgək ovuna çıxıblar.

Xatırladaq ki, Bəzgək Gruiformes dəstəsindən bir quş növüdür. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var.

Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.

XX əsrin birinci yarısında Kür-Araz ovalığında bəzi sürülərində 20 minə qədər quş olub. Azərbaycanda bəzi illərdə 40-50 min bəzgək ovlanıb, 1990-cı illərə qədər bəzgəyin sayı kəskin azalıb. Yuvalayan populyasiyası məhv edilib. Kür-Araz ovalığında 1989-cu ilin qışında Kürdəmir rayonu ərazisində 200, Biləsuvar rayonunda 150, Şirvan qoruğunda 200 bəzgək qeydə alınıb.

Ovlanması qadağandır. Qızılağac, Türyançay, Samux və Körçay Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkları bəzgəyin qışlaması üçün yararlıdır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CİTES və Bern konvensiyalarına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*