“Ərimi qaytarın!” – Rus qadınlardan əyləncəli etiraz – FOTOLARbackend

“Ərimi qaytarın!” - Rus qadınlardan əyləncəli etiraz - FOTOLAR

Rusiyada həyat yoldaşları müharibədə olan qadınlar “Ərimi qaytarın!” stikerləri ilə fləşmoba başlayıblar.

KONKRET.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Bildirilir ki, Rusiyanın İjevsk, Orel, Barnaul və digər şəhərlərindən olan avtomobillərin fotoşəkilləri dərc edilib. Avtomobillərin arxa şüşələrində “Ərimi qaytarın!” yazıları olan stikerləri görmək olar.

Məlumata görə, bu fleşmob qeyri-müəyyən səfərbərliyə qarşı səfərbər olunanların arvadlarının petisiyasının dərcindən sonra baş verib. Rus xalqına ünvanlanan petisiyada deyilir: “Biz başa düşürük ki, gələcəkdə heç kim bizim kimi heç nədən sığortalanmayıb. Biz təkcə sevdiklərimizi azad etmək deyil, həm də hər kəs üçün minimum hüquqi təminatların əldə edilməsini istəyirik”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*