Ərinin ona xəyanət etdiyini evdəki tərəzidən öyrəndi – FOTOlarbackend

Ərinin ona xəyanət etdiyini evdəki tərəzidən öyrəndi - FOTOlar

ABŞ-də yaşayan qadın xəyanətə uğradığını tərəzi sayəsində öyrənib.

KONKRET.az ölkə.az-a istinadla xəbər verir ki, qadın bu barədə “reddit” platformasında paylaşım edib.

Belə ki, evdə daim işlətdiyi ağıllı tərəzidən qadının mobil telefonuna bildiriş gedib.

Bildirişdə isə kim olduğu qeyd edilməyən bir nəfərin çəkisinin 55 kq (120 ibs) olması barədə məlumatlar yer alıb.

Qadın sözügedən rəqəmin onun çəkisi olmadığını, həyat yoldaşının isə 86 kq olduğunu bildirib. O, həmçinin bildiriş gəldiyi gün və saatda ümumiyyətdlə həmin evdə olmadığını deyib.

Ərinin ona xəyanət etməsindən şübhələnən qadın deyib ki, bu hadisədən əvvəl bir müddət ayrı qalmağa qərar veriblər. Cütlük ayrılıq müddətində başqa insanlarla görüşməyəcəklərinə dair bir-birlərinə söz veriblər.

Qadının telefonuna gələn bildirişlə hər şey gün üzünə çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*