Erməni bloqer Arsen Markaryan Rusiyada saxlanılıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi teleqramda məlumat yayıb.
Məlumata görə, bloqer Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinir.
Belə ki, Markaryan videohostinq saytlarından birində vətən müdafiəçilərinin xatirəsinə təhqirlər əks etdirən video yerləşdirib. Daha sonra şübhəli axtarışa verilib.