“Azərbaycanla hər an müharibə təhlükəsi var. Amma biz də yatmırıq, istənilən təcavüzə layiqli əks-hücumla cavab verə bilərik. Görünür, müxalifətin özü ilk növbədə müharibəyə can atır”.
KONKRET.az xəbər verir ki, bunu müsahibəsində “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Ovik Ağazaryan bildirib.
Onun sözlərinə görə, hakimiyyətin fəaliyyəti iki ölkə arasında gərginliyi azaltmağa yönəlib: “Burada qəti şəkildə deyə bilərəm ki, biz uğurlu və doğru yoldayıq. Amma Azərbaycanla bağlı problemlər hələ də həllini tapmayıb. Həmin gərginliyin aradan qaldırılması problemlərin həllinə gətirib çıxardıqda, hiss olunan nəticə olacaq”.
Müxalifət çevriliş cəhdləri ilə Zəngəzur dəhlizinin düşmənin əlinə keçməsini sürətləndirə bilər. Hökumətimiz nəyin bahasına olursa olsun buna getməyəcək. Ölkədə anarxiya yaradıb istidiklərini həyata keçirmək istəyənlər bunu bacarmayacaqlar. Qondarma müxalifət aksiyalar həyata keçirmir, uğursuz çevriliş cəhdləri edir, uğursuzluğa düçar olur və bundan sonra da uğursuzluğa düçar olacaq. Çünki xalq yaxşı ilə pisi ayıra bilir.
Əgər hakimiyyət dəyişikliyi istəyirlərsə, bunu etsinlər, amma çevriliş bahasına yox, bu, onların xeyrinə olmayacaq”.
Natiq Səlim,
KONKRET.az