Erməni deputat Paşinyanın parlament fraksiyasını tərk etdibackend

Erməni deputat Paşinyanın parlament fraksiyasını tərk etdi

Ermənistan parlamentinin deputatı Anna Qriqoryan “Mənim addımım” fraksiyasını tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.

Deputat buna baxmayaraq, mandatından imtina etməyib.

“Əziz həmyerlilər, sizin tərəfinizdən mənə verilən mandatı saxlamaq, amma “Mənim addımım” fraksiyasından çıxmaq barədə qərar qəbul etdim. Bizim ölkəmiz üçün bu ağır və tarixi anda, hər hansı siyasi güc qarşısında əl-qolu bağlı olmadan xalqın ədalətli tələbləri səsləndirməyi öz borcum hesab edirəm”, – deyə deputat yazıb.

Anna Qriqoryan qeyd edib ki, bundan sonra parlamentdə mandatını müstəqil, siyasi mənsubiyyəti olmayan deputat kimi saxlayacaq.

Xatırladaq ki, 2018-ci il dekabrın 9-da növbədənkənar parlament seçkiləri nəticəsində Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası tərəfindən təşkil edilmiş “Mənim addımım” seçki bloku qalib gələrək, parlamentdə 88 mandat (70,42%) əldə etmişdi.modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*