“Ermənistan Azərbaycanla danışıqların bərpasını alqışlayır”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Milli Assambleyadakı ənənəvi brifinqdə çıxış edən dövlət-hüquq məsələləri üzrə daimi parlament komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Vladimir Vardanyan deyib.
“Bu, gələcək proseslərin inkişafı baxımından son dərəcə vacibdir”, – deyə Vardanyan bildirib.
Xatirə SADİQ,
KONKRET.az