Erməni dərsliyindən Andranik və Njde haqda məlumatlar çıxarılıb – “Ararat” sözü də “Ağrı dağı” ilə əvəz ediləcək?backend

Erməni dərsliyindən Andranik və Njde haqda məlumatlar çıxarılıb - “Ararat” sözü də “Ağrı dağı" ilə əvəz ediləcək?

Erməni dilinə, tarixinə və kilsəsinə qarşı bir dövlət kampaniyası var.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə keçmiş vitse-spiker və Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov hakimiyyətin məktəblərdə tarixin tədrisi üçün təklif etdiyi meyarları şərh edərkən bildirib.

“Ermənilərin ata-baba yurdu hansı ərazidir? Erməni dağlıqları! Dəyişikliklər layihəsində erməni dağlıqları Şərqi Anadolu adlandırılıb. Əgər belə getsə, o zaman bu “gəzən” bəylər Araratın adını türklərin dağa dediyi kimi “Ağrı dağı” deyəcək” deyə Şarmazanov vurğulayıb.

Digər utanc verici bir məqam olaraq, o, yeni nəşrdə pavlikianlar və tondrakilər hərəkatı təriqət kimi deyil, “qeyri-rəsmi təlimlər” kimi qeyd olunub. Və bu zaman pavlikianlar dualizm prinsipinə əməl edib.

Şarmazanov onu da qeyd edib ki, “yeni tarix”də Baqratuni sülaləsi (?) dövründə Lori, Syunik, (bu yerlərdə həmişə türklər yaşayıb) Varandi krallıqları (?) və Artsruni krallığı (?) haqqında heç bir məlumat yoxdur.

Erməni könüllülər hərəkatı da Birinci Dünya Müharibəsi illərində proqramdan itib.

“Yəni nə Andranik, nə Njde, nə Dro, nə Keri, nə də Vardan olub. Bu, necə ola bilər” deyib Şarmazanov.

Bir çox mütəxəssis deyir ki, bu qəbuledilməz dəyişikliklər barədə istiqamət yalnız nazirə yönləndirib, guya Baş nazir Nikol Paşinyanı təhqir etmək istəməyiblər.

“Xeyr, bu, xaricdən diktə edilən bir dövlət siyasətidir” deyib Şarmazanov.

Onun sözlərinə görə, “Mənim addımım” blokunun bəzi deputatlarının yeni meyarların formalaşmasında iştirak etmələri barədə məlumatlar var.

“Paşinyan Ermənistan vətəndaşlığından çıxan, erməni dilini, tarixini, kilsəsini müdafiə etməyən bir transgender şəxsi öz himayəsinə götürür. Həm mütəxəssislər, həm də elita və ziyalılar bir az daha cəsarətlə danışmalıdırlar. Hər şeyi öz adları ilə çağırın” deyib.

O, ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfərində ölkəmizin “milli qarmaqarışıqlıqları” tərk etməli olduğunu söylədiyi zaman heç kimin səs çıxarmadığını xatırladıb.

Partiyanın sözçüsü hesab edir ki, erməni kimliyinə qarşı bir kampaniya var və bunun qorunması ilə bağlı maddənin artıq Milli Təhlükəsizlik Strategiyasında görünməməsi də bunu sübut edir.

Qeyd edək ki, Ermənistan Təhsil, Elm, İdman və Mədəniyyət Nazirliyinin müasir müəlliflərin ədəbiyyat fənni üzrə tədris planlarına daxil edilməsi təşəbbüsü cəmiyyətdə təşvişə səbəb olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*