Erməni ekspert: “Erməni-fransız eşqbazlığının əsas məqsədi Rusiyaya qarşıdır”backend

Erməni ekspert: “Erməni-fransız eşqbazlığının əsas məqsədi Rusiyaya qarşıdır”

“Erməni-fransız eşqbazlığının əsas məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və erməni cəmiyyətində belə bir illüziya yaratmaqdır ki, Rusiya etibarlı müttəfiq deyil, çünki Fransa hərbi müttəfiq kimi etibarlı şəkildə Rusiyanı əvəz edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu hərbi ekspert David Camalyan deyib.

“Bəs Rusiya niyə etibarlı müttəfiq deyil? Məhz bu andan Ermənistan hakimiyyətinin manipulyasiyaları və yalanları başlayır. Biz daha böyük geosiyasi ssenarinin yalnız bir komponenti ilə məşğul oluruq, onun məqsədi Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdır.

Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyi müxtəlif güc mərkəzlərindən silah tədarükünü təmin edir, lakin problem ondadır ki, digər mərkəzlərdən bu tədarüklər paralel olaraq, əsas təchizatı ilə ziddiyyət təşkil etmədən həyata keçirilməlidir.

Bizim Rusiya ilə rəvan işləyən hərbi ittifaqımız var. Silah və hərbi texnikanın təchizatında heç vaxt ciddi problem olmayıb. Texniki problemlər var idi, amma aradan qaldırıldı. Strateji baxımdan silah təchizatı fasiləsiz həyata keçirilirdi. İndi Rusiyaya qarşılıq olaraq Fransadan silah gətirəndə təhlükəsizlik problemini həll etmirsiniz, əksinə, müdafiə qabiliyyətinizi daha da zəiflədirsiniz. Heç bir ölkə bizim silah ehtiyaclarımızı ödəməkdə Rusiyanı tamamilə əvəz edə bilməz. Ehtiyaclarımızı tam ödəyə biləcək yeganə ölkə Rusiyadır, ondan sonra İrandır.

Dördgünlük müharibə zamanı biz 30 min mərmi, birinci Qarabağ müharibəsi zamanı isə 4 minə yaxın mərmi sərf etdik. Yalnız Rusiya bizi daimi, fasiləsiz, tammiqyaslı hərbi təchizatla təmin edə bilər.

Fransa ən yaxşı halda bizim silah arsenalını tamamlaya bilər, lakin onu əvəz edə bilməz. Fransızların istehsal gücü məhduddur, onlar Ukraynanın ehtiyaclarını ödəməlidirlər. Eyni zamanda, Rusiya öz müttəfiqlərinin köməyi ilə Fransanı Afrikadan sıxışdırır. Fransanın Afrikadakı rolunu hərbi güclə bərpa etmək üçün kifayət qədər imkanları yoxdur. Bu ölkə hazırda hərbi-siyasi tənəzzülün ən aşağı nöqtəsindədir”, – ekspert qeyd edib.

​Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*