Erməniəsilli analitik İsraili və Baydeni Azərbaycana görə İTTİHAM ETDİbackend

Erməniəsilli analitik İsraili və Baydeni Azərbaycana görə İTTİHAM ETDİ

“İsrail hakimiyyəti öz vətəndaşlarını və bütövlükdə dünyanı düşünürsə, Bakı ilə münasibətlərinə yenidən baxmalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməniəsilli amerikalı Stefan Peçdimalci deyib.

Analitik hesab edir ki, İsrailin Azərbaycanla münasibətlərdə şərikliyi potensial təcavüzkarlara və hücumçulara, o cümlədən HƏMAS-a yanlış siqnal göndərir.

Köşə yazarı İsrailin Azərbaycanla münasibətlərindən çox narahatdır. O vurğulayır ki, iki ölkə arasında əlaqələr kəsilməyincə, İsrail “tarixin yanlış tərəfində” qalmaqda davam edəcək. Müəyyən bir dövlətin hakimiyyəti nəhayət ki, hansı tərəfdə olmaq istədiyinə qərar verməlidir – işgəncə verənin, yoxsa əzab çəkənin”.

Stefan Peçdimalci deyir: “Yaxın Şərqdə və Dağlıq Qarabağda mövcud böhrandan ibrət dərsi alınmalıdır. Çünki bütün insanların həyatı önəmlidir. Siyasi məqsədəuyğunluq insan hüquqlarını əvəz edə bilməz”.

Görəsən, erməni analitik Xocalı, Meşəli soyqırımlarını nə tez unudub? Erməni vandallarının işğal etdikləri ərazilərdə törətdikləri vəhşilikləri niyə qeyd eləmir?! Qanı erməni məxluqatından olan bu zat hədsiz vicdansızlığı ilə yazır:

“Münaqişənin gərginləşməsi fonunda İsrailin davranışı ikili standartlardan başqa bir şey deyil. Buna görə də analitik belə qənaətə gəlir ki, onun açıqlamaları dəyərsizləşib. Onun sözlərinə görə, ermənilər ABŞ hökumətindən erməni xalqına qarşı törədilən cinayətləri və vəhşilikləri etiraf etməsini istəyir. Baydenin dünyasında beynəlxalq ədalət tərəzisi bəzilərinin xeyrinə əyilir. İsrail isə bu tendensiyanı dərindən izləyir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*