Erməni futbolçu “Qalatasaray”da oynaya bilərbackend

Erməni futbolçu "Qalatasaray"da oynaya bilər

“Qalatasaray” klubu “Krasnodar”ın futbolçusu Eduard Spertsyanı transfer etmək istəyir.

KONKRET.az Offsideplus.az-a istinadən xəbər verir ki, “sarı-qırmızılar” komandadan ayrılan Dris Mertensin boşluğunu erməni pleymeyker ilə doldurmağı planlaşdırır. Oyunçu tərəfi razı salınarsa, bu keçid baş tutacaq.

Bu barədə “Qalatasaray”a yaxın jurnalistlərdən olan Arda Özkurt məlumat yayıb.

Spertsyan 2018-ci ildən “Krasnodar”ın əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə komandası ilə Rusiya çempionu olub.

24 yaşlı futbolçu Ermənistan yığmasında isə 32 oyuna çıxıb və 6 qol vurub.

Transfermarkt portalına görə onun dəyəri 20 milyon avrodur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*