Erməni general: “Sarkisyan Qarabağı 3 milyard dollara qaytarmağa hazırlaşırdı”backend

Erməni general: "Sarkisyan Qarabağı 3 milyard dollara qaytarmağa hazırlaşırdı"

KONKRET.az @Bagramyan26 telegram kanalına istinadən xəbər verir ki, təhlükəsizlik orqanlarının general-mayoru Tiqran Barseqyan qalmaqallı müsahibə verib. Tiqran Barseqyan müsahibəsində bunları deyib:

“Mən sizə rəsmi olaraq bildirirəm ki, dinləmə nəticəsində Serj Sarkisyanın əraziləri təhvil vermək niyyətində olduğunu öyrəndik”.

Ermənistanın sabiq prezidenti, Dağlıq Qarabağ münaqişəsinin təşəbbüskarlarından biri olan Serj Sarkisyanın Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan qoşunlarını çıxarmağı planlaşdırdığı aydınlaşır.

Generalın sözlərinə görə, işğala dair danışıqlar ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden ilə aparılıb.

“Sonra ABŞ-da Sarkisyan və Obama arasında bir söhbət baş verdi. O vaxtkı MTN rəhbəri Gorik Hakobyan (o, indi də həyatda deyil) bu görüşün stenoqramına sahib idi. O, şəxsən mənə bu barədə məlumat vermişdi. Düşünürəm ki, Gorik Hakobyan bu yazını Sarkisyanın razılığı ilə məhv etdi”, – deyə keçmiş təhlükəsizlik işçisi vurğulayıb.

Barseqyan qeyd edib ki, bu danışıqların bütün dəlilləri arxivdədir və general özü sənədlərin surətlərini saxlayır. “Əldə edilən məlumata görə, ABŞ-ın sifarişi və razılığı ilə Serj Sarkisyanın 3 milyard dollarlıq investisiya müqabilində bu torpaqları Azərbaycana təhvil verməli idi. Amerika və beynəlxalq təşkilatların bütün rəhbərləri Ermənistan torpaqlarının yaxın gələcəkdə təhvil verilməsindən xəbərdar idilər”.

Tiqran Barseqyan planın niyə həyata keçirilməməsi barədə danışmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*