Erməni həyasızlığı – Yerdə kahinlər və ermənilər canları üçün mübarizə aparırlarbackend

Erməni həyasızlığı - Yerdə kahinlər və ermənilər canları üçün mübarizə aparırlar

Ermənilər bulanıq suda balıq tutmaqda mahirdirlər. İsrail-HƏMAS müharibəsindən də qazanclı çıxmağa çalışan ermənilər bu dəfə İsraildə yaşayan ermənilərin hüquqlarının “müdafiəsindən” narahatdırlar. Qüdsü qədim erməni şəhəri hesab edən ermənilər müqəddəs şəhərdə tez-tez iğtişaşlar salır və bununla diqqəti özlərinə yönəltməyə çalışırlar.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün Qüdsün ermənilərə məxsus “İnək bağı” məhəlləsində 30-a yaxın qara geyimli şəxs dəyənək, gözyaşardıcı qaz qumbarası və digər vasitələrlə ermənilərə hücum ediblər.

Ermənilər iki daşın arasında Yaxın Şərqdə diqqəti özlərinə cəlb etmək üçün bu cür xəbərləri dövriyəyə buraxır. Qüdsün erməni məhəllələrində sünii qarşıdurma yaradan ermənilər “iğtişaşlardan” sonra dərhal din xadimlərini oyuna qoşur. Qüdsdəki bir neçə keşiş erməni tələbələrin ağır yaralandığını bildirir. Erməni Patriarxlığı “hadisəylə” bağlı İsrail hökumətinə müraciət də ünvanlayıb: “Yerdə kahinlər və yerli ermənilər canları üçün mübarizə aparırlar. Biz bütün dünyada hakimiyyət orqanlarını və beynəlxalq medianı anonim təşkilatlar tərəfindən yerli səviyyədə dəstəklənən erməni məhəlləsini zorakılıq yolu ilə məhv olmaqdan xilas etməkdə bizə kömək etməyə çağırırıq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*