Erməni kilsəsinin müharibə çağırışları: XRİSTİAN TƏƏSSÜBKEŞLİYİbackend

Erməni kilsəsinin müharibə çağırışları və ya XRİSTİAN TƏƏSSÜBKEŞLİYİ

Din dünya və insanlar yaranandan bəri bəşəriyyətin idarə olunması və insanların həyat tərzində mühüm əhəmiyyətə malik olub. Lakin zaman-zaman əksər ölkələr dindən məhz mənəvi deyil, siyasi məqsədlər üçün istifadə edərək çirkin planlar həyata keçiriblər. Bu kimi çirkinlik və iyrənc siyasətdən ən çox istifadə edən ölkələrdən biri də Ermənistan olub. Əbəs yerə deyil ki, xisləti hər zaman xəyanət və işğalçılıqdan ibarət olan qonşu ölkənin kilsə və keşişləri dindən məhz siyasi məqsədlər üçün istifadə edərək, müharibə, təcavüz, işğal və xalqların məhvi təbliğatını aparıblar. Məhz erməni Apostol və Qriqoryan kilsələri Birinci Qarabağ münaqişəsinin təşəbbüskarlarından olub, post-müharibə dövrlərində belə anti-Azərbaycan, anti-Türkiyə çağırşıları ilə münaqişəni alovlandırmağa çalışıblar. Bir sözlə, erməni kilsəsi və din xadimlərinin, daha doğrusu cinayətkar təşkilatlarının dəyişməyən məğzi bundan ibarət olub: əsrlərlə qonşularına, xüsusən də Azərbaycan və Türkiyə xalqlarına nifrət hissi aşılamaq. Terror, türk-müsəlman əhalinin kütləvi məhvi, etnik təmizləmə, Azərbaycan və islam mədəniyyəti abidələrinin planlı və şüurlu şəkildə dağıdılması da onların iyrənc siyasətlərinin əsas tərkib hissələrindən olub.

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılovun sözlərinə görə, erməni kilsəsi uzun illər Ermənistandakı faşist zehniyyəti alovlandırmaqla məşğul olub: “ Lakin təkcə Qarabağın işğalı dövründə deyil, Qarabağ işğalından əvvəl də, hətta Sovet İttifaqı zamanında erməni kilsə xadimləri anti-türk siyasəti həyata keçirib və daim kilsələrə ibadət üçün gələn erməniləri zəhərləməklə məşğul olublar. Sosial şəbəkələrdə də bu barədə kifayət qədər faktlar və materiallar mövcuddur ki, orta məktəb şagirdləri və yeniyetmələr qarşısında çıxış edən keşişlərin nitqində nifrət, ksenefobiya, İslamafobiya, Türkfobiya meyilləri olub və Ermənistanda din xadimləri və kilsə konkret olaraq siyasi proseslərdəki işğalçılığı, qəsbkarlığı və faşizmi dəstəkləməklə məşğul olublar”.

“Bütün bunların nəticəsində hal-hazırda Ermənistanda zəhərli radikal milləytçi bir şüur formalaşıb və bu şüur erməni cəmiyyətinə imkan vermir ki, onlar normal şəkildə dünyaya inteqrasiya edə bilsinlər. Nəticədə həmin faşizm istər iqtidar, istərsə də müxalifət olsun, bütün siyasətçilərin nitqində özünü göstərib. Hətta, hakimiyyətə gəlməmişdən əvvəl fərqli fikirlər səsləndirən erməni siyasətçilər belə, iqtidara gələndən sonra özlərində faşizm elementləri daşıyıblar ki, bunun ən gözəl örnəklərindən biri Nikol Paşinyandır. Ümumilikdə isə bütün dünyada erməni milliyyətçiliyini təbliğ edən erməni kilsə xadimləri daimi olaraq Türkiyənin, Azərbaycanın və İslam dünyasının əleyhinə verdikləri bəyanatlarla gündəmə gəliblər”-deyə, İsmayılov bildirib.

Politoloq Tural İsmayılov: "Korrupsiyanı meyar edənlərə qarşı mübarizə daha da gücləndiriləcək"

Politoloq əlavə edib ki, milli-mənəvi fon olan dini ləkələmək, dindən iyrənc siyasi ideologiyaların təbliği üçün istifadə etmək nəinki, Ermənistanın özü üçün, bütün bəşəriyyət üçün böyük utanc hissidir: “Erməni kilsəsi və keşişlərinin bundan sonra da bu faşist və qəsbkar siyasəti dəyişməsə, Ermənistan cəmiyyəti bu xain siyasətin caynağında daha da məhv olacaq və bundan sonra Ermənistan adına heç bir pozitiv hadisə baş verməyəcək”.

Politoloq İlyas Hüseynov da KONKRET.az-a açıqlamasında bildirib ki, həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsi dövründə Ermənistandakı kilsələrin nümayəndələri çıxışılarında dəfələrlə militarist mövqeli fikirlər ifadə ediblər: “Hətta, onlar öz çıxışlarında erməni vətəndaşlarını, hərbi qulluqçularını müharibəyə səsləyirdilər. Eyni zamanda, hərbi qulluqçular, əsgərlər öz uniformlarında bu simvollardan istifadə edərək müanasibətləri dini müstəviyə çəkməyə çalışırdılar ki, bununla da xristian təəssübkeşliyi ilə siyasi, iqtisadi və hərbi dəstək əldə etmək niyyəti güdürdülər”.

“Təəssüflər olsun ki, bəzi Avropa və dünya siyasətçiləri də məsələyə dini rakurslardan baxmağa üstünlük verərək, erməni təbliğatının qurbanlarına çevrilirdilər. Təbii ki, bütün dinlər müharibə etməməyə, insan öldürməməyə, zorakılıqdan uzaq durmağa çağırışlar etsə də, yalnız Ermənistanda din xadimlərinin insanları müharibəyə səslədiyini, bununla bağlı təbliğat həyata keçirdiyini, Türkiyə və Azərbaycana qarşı bu cür fikirləri dünyanın istənilən ölkəsində təbliğat alətinə çevirdiklərini görürük”, – deyə politoloq vurğulayıb.

İlyas Hüseynov: Azərbaycanda bu ilin ilk üç ayının yekunları müsbət qiymətləndirilməlidir

İ.Hüseynov bu yanaşmanın tamamilə yolverilməz olduğunu əlavə edib: “Din ilə məşğul olan şəxslər insanlara yalnız sülh bəxş etmək üçün fəaliyyət həyata keçirməli olduğu təqdirdə, Ermənistanda biz bunun əksini görürük. Onlar kilsələrdə toplanan pulları həbi xərclər üçün istifadə edir, siyasi məqsədlərə xidmət edir, kilsələrdə siyasi anbisiyalardan çıxışlar edir, müxtəlif planlar formalaşdırır və bundan sonra onun həyata keçirilməsi üçün doktrinalar yazılır, saxta tarix formalaşdırılır və onun üzərindən təbliğat maşınları işə düşür. Bu, həm Kütləvi İnformasiya Vasitələrində, həm müxtəlif ölkələrin parlamentlərində, həm lobbist qruplarda, həm diasporalarda, həm də müxtəlif icmalarda geniş şəkildə vüsət alır. Təbii ki, bütün bu yanaşmalar tamamilə yalnışdır və erməni cəmiyyətini zombiləşdirməyə yönəlib. Burada dinin iştirak etməsi isə böyük təəssüf doğurur”.

Mərahim Nəsib

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*