ABŞ-ın ən böyük erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ və Ermənistan arasında dünən imzalanan “strateji tərəfdaşlıq” sazişini “Tualet kağızı bizə, hərbi təyyarə Azərbaycana!” sözləri ilə lağa qoyub.
KONKRET.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Mənbə bildirir ki, ANCA müqaviləni tənqid edərək, onu Ermənistana heç bir real fayda gətirməyən formal “kağız parçası” adlandırıb.
“Co Bayden prezidentliyinin 99 faizini Ermənistanla bu strateji sazişi imzalamağa sərf edib. Ancaq çox gözəl anlayır ki, səlahiyyətlərinin qalan altı günündə bunu həyata keçirə bilməyəcək. Bu, onların ayrılıq hədiyyəsidir, erməni əsilli amerikalılar qarşısında günahlarını yumaq üçün sadəcə boş cəhddir”, – bəyanatda deyilir.
“Ermənistan cəmiyyəti fərqinə varmayıb ki, rəsmi İrəvan heç bir real faydası olmayan saziş imzalayarkən, Azərbaycan milyardlarla dollar dəyərində təyyarələr alır”, – ANCA yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az