KONKRET.az xəbər verir ki, erməni saytları Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş Sankt-Peterburqda keçiriləcək MDB üzvü olan dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində görüşünü müzakirə edir.
Erməni interner resursları Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyanın “Azatutyun” radiosuna verdiyi müsahibəsinə istinadən yazır ki, belə bir görüş planlaşdırılmayıb. Lakin “onların iştirakı ilə rəsmi ziyafət veriləcək.
Xatırladaq ki, Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda iclası keçiriləcək.
Tədbirdə dövlət başçılarının müxtəlif tərkiblərdə görüşləri olacaq. İclasın yekununda birgə sənədlərin imzalanması və mediaya açıqlama verməsi planlaşdırılır.