Ermənistan mətbuatı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə “İlham, sən böyük lidersən” yazısı və imzası ilə fotoşəkillər göndərməsini tirajlayıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, erməni KİV məlumatı Prezident İlham Əliyevin X sosial şəbəkəsindəki paylaşıma istinadən yayıb.
Bildirilib ki, Ağ Ev rəhbərinin göndərdiyi fotoda Tramp, Əliyev və Paşinyan Ermənistan və Azərbaycan arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış sülh sazişini parafladıqdan sonra yanaşı dayanıblar.