Erməni müğənninin mahnımızı oğurlamasının qarşısı alındıbackend

Erməni müğənninin mahnımızı oğurlamasının qarşısı alındı

Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan tərəfindən musiqisi bəstəkarı Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub və Yutub platformasında yunan dilində “Hara gedir” adı altında yayıb.

KONKRET.az kult.az-a istinadən xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı Agentlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın Yutub platformasında yaydığı qeyd edilən mahnı silinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*